Navalnı müxalifəti parçalayır – Sobçak

Navalnı müxalifəti parçalayır – Sobçak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey Navalnı müxalifəti parçalayır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentliyinə namizəd, teleaparıcı Kseniya Sobçak söyləyib.

“Müxalifət vahid bir namizədin ətrafında birləşmək əvəzinə nə etdi? Birləşmək seçkidə ən məntiqli addım olacaqdı. İstənilən halda bizdən heç kim qalib gəlməyəcəkdi. Bizim nəticələrimiz sizin boykotunuza görə az olacaq. Sən federal kanallarda mənim etibarlı nümayəndəm kimi çıxış edə bilərdin. Amma bunun yerinə yenidən müxalifəti 148 kiçik hissəyə parçaladın”, – o bildirib.