Rusiyanın cəzaçəkmə müəssisəsində dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnının vida mərasimi yekunlaşır.
İnsanların kilsəyə buraxılmasına və izdihamın mərhum siyasətçi ilə vidalaşmaq üçün bir neçə kilometrliklik növbə yaratmasına əngəl törədilməyib. Mərasim dəfn iştirakçılarının “Aleksey”, “Bağışlamayacağıq” şüarları ilə müşayiət olunub.
Mərasimdə müxalifətçinin anası Lyudmila Navalnaya və qohumları iştirak edib. Anası və qohumları onun tabutu ətrafında əyləşib.
Onun dul xanımı Yuliya Navalnaya və övladları xaricdə yaşadıqlarından dəfn mərasiminə qatılmayıblar.
Rusiya mediasına istinadən xəbər verir ki, 47 yaşlı siyasətçinin cənazəsi mərasim üçün Maryinoda kilsəyə aparılıb.
Vida üçün əraziyə çox sayda insan toplaşıb. Navalnı vida mərasimindən sonra Moskvanın Borisov qəbiristanlığında torpağa tapşırılacaq.