NATO ölkələrinin liderləri Litvanın paytaxtı Vilnüsdə keçirəcəkləri sammitdə başda Ukrayna olmaqla bir çox mövzuda mühüm qərarlar imzalayacaqlar.
Tribunainfo.az xəbər verir ki, iyulun 11-12-də keçiriləcək sammit Rusiya sərhədinin təxminən 300 kilometrliyində Vilnüsdə keçiriləcək.
Sammitdə aprel ayında Finlandiyanın iştirakı ilə sayı 31-ə yüksələn üzv dövlətlərin dövlət və hökumət başçıları ilə yanaşı, üzvlüyə dəvət edilmiş, lakin hələ təsdiqlənməmiş dövlət başçıları da iştirak ediblər.
Ukrayna Prezidenti Vladimir Zelenskinin də sammit üçün Vilnüsə gedəcəyi açıqlanıb.
1990-cı ildə Sovet İttifaqından çıxan və 2004-cü ildə Alyansa daxil olan ilk respublika olan Litvada müzakirə ediləcək mövzulardan birincisi Rusiya ilə münasibətlərdir.
Ukrayna adı altında bu ölkəyə qarşıdakı bir neçə ili əhatə edəcək və sovet dövründən qalma materialları NATO standartlarına çatdıracaq şəkildə artan hərbi dəstək, Ukrayna ilə siyasi münasibətləri yüksəltməklə NATO-Ukrayna Şurasının yaradılması və onun ilk iclası, eləcə də Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri müzakirə olunacaq.