NATO TÜRKÜN ZƏFƏRİNİ QEYD ETDİ, YUNANLAR DƏLİYƏ DÖNDÜ

NATO TÜRKÜN ZƏFƏRİNİ QEYD ETDİ, YUNANLAR DƏLİYƏ DÖNDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Müttəfiq Quru Qoşunları Komandanlığının Türkiyədə 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibəti ilə qeyd etməsinə Yunanıstandan reaksiya gəlib.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, LANDCOM-un Twitter hesabında edilən paylaşımda türkcə “Zəfər bayramınız mübarək” sözləri yer alıb.

Baş ofisi İzmirin Buca rayonunda yerləşən LANDCOM-un postunun davamında “Bu özəl gündə bizi qəbul etdiyi üçün Türkiyəyə təşəkkürümüzü bildiririk” deyilib.

Yazıda o da bildirilib ki, Türkiyə 1952-ci ildə NATO-ya üzv olduqdan sonra bir çox əməliyyatlarda iştirak edərək böyük peşəkarlıq nümayiş etdirib.

Paylaşıma reaksiya verən Yunanıstanın NATO-dakı daimi nümayəndəsi Yannis Miltiadis Nicolaidis diplomatik şikayət etdi. Nikolaidis Türkiyə Silahlı Qüvvələri Gününün müttəfiq ölkə üzərində qələbə günü ilə əlaqələndirilməsinin “qəbuledilməz” olduğunu müdafiə edib.

LANDCOM ötən il avqustun 30-da oxşar paylaşım etmişdi, lakin Afina administrasiyasının tənqidindən sonra yazı sosial media hesablarından silinmişdi.

Mesajın silinməsinə Türkiyə də reaksiya verdi, bunun üzərinə LANDCOM 1 sentyabrda yeni təbrik mesajı paylaşdı.