backend

NATO Rusiya ilə bağlı fikrini dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya NATO-nun şərq sərhədləri üçün birbaşa təhdid deyil. 

Rusiya NATO-nun şərq sərhədləri üçün birbaşa təhdid deyil.

TİA.AZ xəbər verir ki, bunu BBC televiziyasına açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.

“Biz daha iddialı Rusiya və hərbi gücünü artıran Moskva görürük. Amma Rusiyadan birbaşa təhdid müşahidə etmirik. Məhz bunlara görə biz şərq sərhədlərimizdə ilk dəfə hərbçilərimizi yerləşdirdik. Biz Rusiya ilə qarşıdurmaya çalışmırıq və yeni soyuq müharibə istəmirik”, – deyə, o bildirib.

Qeyd edək ki, NATO 2016-cı ildə özünün şərq sərhədlərinin gücləndirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, bunun üçün Litva, Latviya, Estoniya və Polşaya əlavə hərbi qüvvələr yerləşdirilməlidir. Bu qüvvələrin formalaşdırılmasını Almaniya, Böyük Britaniya, Kanada və ABŞ həyata keçirəcək.