NATO “MÜŞAHİDƏ MİSSİYASI” ADI İLƏ BÖLGƏYƏ DAXİL OLUR – EKSPERT

NATO “MÜŞAHİDƏ MİSSİYASI” ADI İLƏ BÖLGƏYƏ DAXİL OLUR – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ermənistanda müşahidəçilərinin sayını 71 nəfər artıraraq, 138-dən 209-a çatdırıb və bəyan edib ki, məqsəd Azərbaycanla sərhəddə sabitliyi qorumaqdır.Tribunainfo.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, onsuz da Azərbaycanın Ermənistanla sərhəddə hansısa hərbi planı yoxdur, xüsusilə də Qarabağda erməni separatizminin ləğvindən və Zəngəzur dəhlizinin İran marşrutuna köçürülməsi qərarından sonra.


Analitik bildirib ki, hətta Bakı Qərbdə “Azərbaycan Ermənistana hücum edəcək” ittihamlarından sonra Zəngəzur dəhlizinə marağının itdiyini elan etmək məcburiyyətində qaldı:

“Aİ-nin Ermənistandakı fəaliyyətində “Azərbaycan təhlükəsi” səbəb kimi qalır. Müşahidə missiyasının bölgəyə gətirilməsi və sayının artırılmasında əsas hədəfin Ermənistanda Rusiyanın “təhlükəsizlik rolunu” əvəzləmək, rusları sıxışdırmaq olduğu bəllidir. Lakin bu hədəfə çatmaqda səbəb kimi Azərbaycanın seçilməsi müəyyən riskli perspektivlər də vəd edir.
Aİ missiyasında sayın artırılması qərarındakı əsas yenilik isə prosesə ilk dəfə ittifaq üzvü olmayan NATO ölkəsinin – Kanadanın iki müşahidəçi ilə qoşulmasıdır. Və bu, NATO-nun “müşahidə missiyası” adı altında bölgəyə daxil olmaq istəyi haqda da ehtimallar yaradır”.