NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına güclü dəstək verir.
Tribunainfo.az xəbər verir ki, Bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina “X” sosial şəbəkəsində yazıb.
“Mən Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıram, orada məhbusların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirləri və çoxdan gözlənilən sülh müqaviləsi qeyd olunur.
NATO bu səyləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını qətiyyətlə dəstəkləyir”, – NATO baş katibinin xüsusi nümayəndəsi bildirib