İstanbulda gecə klubuna terror hücumu ilə əlaqədar NATO-nun Brüsseldəki qərargahının önündəki bayraqlar yarıya qədər endirilib.
İstanbulda gecə klubuna terror hücumu ilə əlaqədar NATO-nun Brüsseldəki qərargahının önündəki bayraqlar yarıya qədər endirilib.
TİA.AZ “Anadolu” agentliyinə istinadla xəbər verir ki, NATO bu addımı Türkiyəyə dəstək olaraq atıb. Qurumun baş katibi Jens Stoltenberg hadisədən dərhal sonra sosial şəbəkədə terror aktını pisləyən bəyanatla çıxış edib və bayraqların yarıyadək endirilməsi barədə göstəriş verib. NATO-nun və üzv ölkələrin qərargah qarışındakı bayraqları iki gün bu vəziyyətdə qalacaq.
NATO bundan əvvəl Atatürk hava limanında, habelə Fransa, Belçika və Almaniyada törədilmiş terror aktlarından sonra da eyni addımı atmışdı.