NATO 7 rus diplomatın göndərilməsi barədə qərar qəbul edilib.
Axar.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Məlumata görə, həmçinin daha 3 rus diplomatın NATO-dakı rus nümayəndəliyinə akkreditasiyası qəbul edilməyib.
Qeyd edək ki, dünən 20-dən çox ölkə “Skripal işi” ilə bağlı öz ölkələrindəki rus diplomatların qovulması ilə bağlı qərar qəbul ediblər.