NATO-DA KİRİTİK TOPLANTI: TÜRKİYƏ, İSVEÇ VƏ FİNLANDİYA ÜÇÜNCÜ DƏFƏ GÖRÜŞÜR

NATO-DA KİRİTİK TOPLANTI: TÜRKİYƏ, İSVEÇ VƏ FİNLANDİYA ÜÇÜNCÜ DƏFƏ GÖRÜŞÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, İsveç və Finlandiya nümayəndələri bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında iki ölkənin NATO-ya üzvlüyü məsələsini müzakirə edəcəklər.

Tribunainfo.az HaberTürk-ə istinadən xəbər verir ki, diplomatik qaynaqların görüşlə bağlı açıqlamasında, “Görüşdə İsveç və Finlandiyanın anlaşma memorandumundaki öhdəlikləri yerinə yetirib-yetirmədiyi maddə-maddə müzakirə olunacaq” bildirilib.

NATO-nun baş katibi Yens Stoltenberq də son günlərdəki görüşün nəticələri ilə bağlı açıqlama vermək istəmədiyini bildirib və “Əhəmiyyətli olan görüşün baş tutmasını və prosesin yenidən aktivləşməsini təmin etməkdir” deyib.

Stoltenberq, “Bu, bizim əsas prioritetimizdir və biz irəliləyiş əldə edirik. Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları var. Heç bir NATO müttəfiqi bu qədər terror hücumuna məruz qalmayıb. İsveç yeni terror aktını tətbiq etməklə, PKK da daxil olmaqla terrorla mübarizəni sürətləndirəcək. Ankara ilə hüquq və əməkdaşlığı gücləndirəcək. Bunu alqışlayıram”, – ifadəsini işlədib.