NATO sammiti Brüsseldə toplaşır. Sammit Amerika Birləşmiş Ştatlarında hakimiyyət dəyişikliyinin ardından keçirilən ilk yüksək səviyyəli toplantı olması ilə əhəmiyyət daşıyır.
NATO sammiti Brüsseldə toplaşır. Sammit Amerika Birləşmiş Ştatlarında hakimiyyət dəyişikliyinin ardından keçirilən ilk yüksək səviyyəli toplantı olması ilə əhəmiyyət daşıyır.
TİA.AZ azVision.a istinadən xəbər verir ki, Brüsseldə 27 nazirin qatılacağı toplantıda ABŞ-ı müdafiə naziri Ceyms Mattis təmsil edəcək.
NATO-nun Baş Katibi Yens Stoltenberq sammit ərəfəsində Rusiya ilə münasibətlərə aydınlıq gətirib: “Güclü olduqca, birlik içində qaldıqca, gələcəyimizdən əmin ola bilərik. Rusiya ilə təbii ki, yeni dialoqlar qura bilərik. NATO ilə Rusiya dialoqu mühüm əhəmiyyət daşıyır. Bundan əlavə ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası zamanı Şimali Atlantika Blokundakı müttəfiqlərinə tez-tez iradlar bildirmiş və Avropa ölkələrini məsuliyyətlərini yerinə yetirməməklə günahlandırmışdı”.
Qeyd edək ki, Tramp çıxışlarının birində NATO-nu vaxtı keçmiş ittifaq kimi dəyərləndirmişdi. Bunun sammit öncəsi mübahisələri alovlandıracağı güman edilir.