Natiq Qasımovun anası: “Dedim, ay Allah, nə gözəl axşamdır”

Natiq Qasımovun anası: “Dedim, ay Allah, nə gözəl axşamdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova Baku Tv-yə müsahibə verib. O bildirib ki, xəbəri eşidəndə öncə inanmayıb:

“Qonşu zəng edib xəbər verdi ki, Natiq Qasımova “Milli Qəhrəman” adı verilib. İnanmadıq, mən özümü itirdim. Bir anlıq həyəcan keçirdim, amma evdə heç kəsə bildirmədim. Bir az keçəndən sonra inanmağa başladım. Dedim, ay Allah, nə gözəl axşamdır”.

Dursun Qasımova Prezident İlham Əliyevin onun oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalamasına görə dərin minnətdarlığını bildirib.

Tribunainfo.az sözügedən video-materialı təqdim edir: