backend

Natiq Əliyevin ürəyi 3 dəqiqəlik dayanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhətinin ağırlaşması ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhətinin ağırlaşması ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, iyunun 3-də ürəyindəki ağrılardan şikayətlənən nazir Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Xəstəxananın rəhbərliyinin nəzarəti ilə öz ayaqları ilə xəstəxanaya gələn nazirin müayinə olunmasına başlanılıb və o, palataya yerləşdirilib. Müayinə zamanı Natiq Əliyevin ürək aortasında tıxanma kəskinləşib və ürək fəaliyyətini dayandırıb. Təxminən 3 dəqiqəlik gərgin iş nəticəsində onun ürəyinin fəaliyyəti bərpa edilib və ürək damarlarına 4 stend qoyulub.
Xəstəxanaya daxil olandan 5 saat sonra Natiq Əliyev Kardio-reanimasiya şöbəsinə yerləşdirilib. Həmçinin vəziyyətlə bağlı yerli və xarici mütəxəssislərdən ibarət konsilium təşkil edilib. İyunun 4-də qərara alınıb ki, nazir Türkiyədə ixtisaslaşmış xəstəxanaya göndərilsin.  Dünən günorta saatlarında xüsusi təyyarə və bütün hazırlıq tədbirləri yekunlaşdırılıb. Lakin mövcud riskləri də nəzərə alaraq onun səhhətinin bir qədər də normallaşması, həmçinin, özünün də rəyinin alınması lazım bilinib və bir qədər gözləmək qərara alınıb. İyunun 5-nə keçən gecə Natiq Əliyev Türkiyəyə yola salınıb.