“Mərkəzi Seçki Komissiyasına 12 müraciət daxil olub”.
Tribunainfo.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
Məzahir Pənahov bildirib ki, MSK-ya müraciətlərin daxilolma müddəti bu gün yekunlaşır:
“Hay-küy salmağa ehtiyac yoxdur. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, buna baxmağa bizim ixtiyarımız yoxdur. Əgər müraciət poçtla göndərilibsə və dairənin qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK ona baxa bilər”.
“MSK sabah 3 müraciətə baxacaq. MSK işinə məsuliyyətlə yanaşır. Hər müraciətin vergülünə qədər müzakirə aparır, təkrar-təkrar gözdən keçiririk. Sabah Müsavat Partiyasının namizədinin və Natiq Cəfərlinin şikayətinə baxılacaq. O, çox mədəni adamdır”, – M.Pənahov əlavə edib.