Natiq Cəfərli: “Fərid müəllim, bir məktəbli startapa 1,5 milyon dollar cəlb edib, fərqi görürsünüz?”

Natiq Cəfərli: “Fərid müəllim, bir məktəbli startapa 1,5 milyon dollar cəlb edib, fərqi görürsünüz?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı ekspert Natiq Cəfərli Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanovun 2022–2024-cü illərdə Azərbaycan startaplarının müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb etmələri barədə açıqlamasını tənqid edib.

Tribunainfo.az xəbər verir ki, N.Cəfərli F.Osmanova sosial şəbəkə hesabından müraciət edərək bunları deyib:

“Fərid müəllim, nə potensial, nə təşəbbüs, nə nəticə – 3 ilə 2,4 milyon avro, ildə 800 min avro Azərbaycanın bütün staptapları investisiya cəlb edibsə, bu, ayıbdır, bu, anormaldır, bu sahənin vəziyyətinin ağır olmasının nəticəsidir. Dünən xəbər yayıldı ki, qazaxıstanlı məktəbli, 17 yaşlı Arlan Rəhmətcanov öz “Hanlan Tech” sraptapına 1,5 milyon dollar investisiya cəlb edib. Fərid müəllim, bir məktəbli startapa 1,5 mln. dollar! Fərqi görürsünüz? Dost Qazaxıstan adambaşına düşən ÜDM-yə görə Rusiyanı keçib, MDB-də həm də belə biznes şəraitə görə 1-ci olub!”