Natiq Cəfərli: Belə iqtisadi mənzərəyə layiq deyilik

Natiq Cəfərli: Belə iqtisadi mənzərəyə layiq deyilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Əliyev bu günlərdə Vaşinqtonda imzalanan sənədlərin əsas müəllifi, o görüntünün əsas təşkilatçısı kimi böyük işlər gördü, amma iqtisadiyyatımız ağır duruma düşür.

Tribunainfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri Natiq Cəfərli bildirib. O qeyd edib ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9% artıb. Gürcüstanda ÜDM 8,6%, Ermənistanda isə ÜDM 5,2% artıb:

“Adam yanıb-tökülür, Azərbaycan Dövləti və Xalqı möhtəşəm hərbi qələbə qazandı, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyi bacaran yeganə post-sovet respublikasıdır, rəsmi Bakı gözəl diplomatik gedişlərlə məmləkət üçün işlək “təhlükəsizlik çətiri” qurdu. Prezident Əliyev bu günlərdə Vaşinqtonda imzalanan sənədlərin əsas müəllifi, o görüntünün əsas təşkilatçısı kimi böyük işlər gördü, amma iqtisadiyyatımız ağır duruma düşür.

Hökumətin bacarıqsız iqtisadi komandası iqtisadyyatdakı problemləri görmür, görmək istəmir, ciddi islahatlardan qaçır, nəticədə iqtisadi aktivlik zəifləyir, insanların real gəlirləri azalır, inflyasiya, qiymətlər isə kəskin artır. ÜDM-in 0,9% artımı, əslində ressesiyadır, belə artım olmur, 0,9% inflyasiyanın gətirdiyi multiplikativ effekdir.

Bu xalq belə iqtisadi mənzərəyə, bu gedişata layiq deyil axı!”.

Gülşən Rəsul