Natavan Həbibi Aygünə söz atdı: – “Bilsəydim, çoxdan edərdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Natavan Həbibi İnstaqram səhifəsində müzakirələrə səbəb olacaq paylaşım edib.
 

Müğənni Natavan Həbibi İnstaqram səhifəsində müzakirələrə səbəb olacaq paylaşım edib. Lent.az-ın məlumatına görə, bir müddət öncə xalq artisti Aygün Kazımovanın söylədiyi “Mən “Crystal hall”da konsert verəcək ilk azərbaycanlı ifaçı olacam”, sözlərinə xalq artistinin adını çəkmədən status yazıb:  “Və budur… Düz 6 gündən sonra möhtəşəm “Crystal hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq – 27.09.2014. Belə səhnələrin yalnız xaricdə yox, Azərbaycanımızda da olması, incəsənətimizə verilən dəyərin göstəricisidir.  2014-cü ili yaradıcılığımda “konsertlər ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa tarix təkrarlanır”.

N.Həbibinin paylaşımı birmənalı qarşılanmayıb. Bir çoxları iddia edib ki, N.Həbibi bu sözləri küsülü olduğu A.Kazımovaya ünvanlayıb.

O, növbəti görüntüsünü yayımlayaraq özünü müdafiə etməyə çalışıb:“Öncəki paylaşımımın bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan edərdim. Bu, mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt paylaşmağa haqqım var –  3, 5 və ya 10 il sonra. Zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da onun şəxsi işidir. Hər kəsə yaradıcılığında uğurlar, Allah heç kəsin əziyyətini yerdə qoymasın. Heç bir narahatçılığa və narazılığa səbəb yoxdur. Heç kimin əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, bahalı və əziyyətli olduğunu bizdən başqa bilən olmaz”.

 

Qeyd edək ki, A.Kazımova bu gün səhnə fəaliyyətinin 30 illiyi münasibəti ilə “Crystal hall”da konsert verəcək.