Natavan Həbibi 3 gəlinlik geyindi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi dünən paytaxt restoranlarının birində müğənni Natavan Həbibi ilə reper Səid Əliyeyin toy mərasimi baş tutub. 

Xəbər verdiyimiz kimi dünən paytaxt restoranlarının birində müğənni Natavan Həbibi ilə reper Səid Əliyeyin toy mərasimi baş tutub.


TİA.AZ xəbər verir ki, ifaçının toyu xüsusilə 3 gəlinlik geyinməsi ilə yadda qalıb. Natavan Həbibi üç hissədən ibarət olan toyu üçün 3 ayrı gəlinlik seçib. Birini nikahın bağlanmasında, digərini xına mərasimində, sonuncunu isə əyləncə hissəsində geyinib. Gəlinliklər müxtəlif olsa da, fasonları bir-birinə bənzər seçilib. İfaçının saç və makiyajı üzərində isə stilist və rəssam Nərmin İbrahimova işləyib.

Xatırladaq ki, bu yaxınlarda Burak Özçivitlə ailə quran Fahriye Evcen də toyunda 3 gəlinlik geyinməsi ilə diqqət çəkmişdi. Eyni addımı öz toyunda da tətbiq edən Natavan Həbibi bununla da Azərbaycan toylarına gəlinlər üçün yeni ənənə gətirib.