Nasist Qaregin Njde Ermənistan hakimiyyətinin ideoloji təbliğatının simvoluna çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan terrorizmə dəstək verən ölkə kimi artıq özünü təsdiqləyib. Müstəqillik əldə edəndən sonra da rəsmi dairələr “Daşnaksütyun”, “ASALA”, “Erməni azadlıq cəbhəsi” kimi terror təşkilatları ilə sıx əlaqə saxlayır.

 

Ermənistan terrorizmə dəstək verən ölkə kimi artıq özünü təsdiqləyib. Müstəqillik əldə edəndən sonra da rəsmi dairələr “Daşnaksütyun”, “ASALA”, “Erməni azadlıq cəbhəsi” kimi terror təşkilatları ilə sıx əlaqə saxlayır.

Hətta işğalçı ölkədə nasist Qaregin Njde hakimiyyətin ideoloji təbliğatının simvoluna çevrilib. Nəticədə Ermənistanda faşizmin tərəfdarı olan qüvvələrin sayı artır. Bu da hökumətin terrorçu siyasətindən yorulan cəmiyyətin bir qismində ciddi narazılıq doğurur. Cəmiyyət artıq nasist Qaregin Njdeni ölkənin ideoloji təbliğatının simvolu kimi qəbul etmir. Hətta buna etiraz olaraq Sünik vilayətində Njdeyə qoyulmuş bürünc büst gülləbaran edilib.

“İrs” partiyasının sədri Raffi Ovanisyan deyir ki, Ermənistan vətəndaşları artıq sabitlik içində yaşamaq istəyirlər. Ona görə də belə saxta qəhrəmanların həyat yolunun təbliğinə etiraz edirlər. Rəsmi İrəvan isə dövlət səviyyəsində terrorçulara və faşistlərə rəğbətindən danışır. Bu, təəccüb doğurmur. Ermənistan rəhbərliyində təmsil olunan şəxslər özləri də terrorçudurlar. Məhz Serj Sarkisyanın sayəsində bu gün Ermənistanda terror siyasi mübarizənin leqal vasitələrindən birinə çevrilib. (Azərtac)