backend

Nasist nazirin katibəsi 106 yaşında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nasist Almaniyasının təşviqat və təbliğat naziri Yozef Qebbelsin keçmiş katibəsi Brunqilda Pomzel Münhendə 106 yaşında ölüb. 

Nasist Almaniyasının təşviqat və təbliğat naziri Yozef Qebbelsin keçmiş katibəsi Brunqilda Pomzel Münhendə 106 yaşında ölüb.

TİA.AZ xəbər verir ki, bu haqda “Associated Press” agentliyi yazıb.

Pomzel ölümünü “Bir almanın həyatı” adlı sənədli filmin rejissoru və prodüseri Kristian Krenes təsdiq edib. Onun sözlərinə görə, qadın yuxuda ölüb.

Brunqilda Pomzel İkinci Dünya müharibəsinin bitməsindən sonra ilk dəfə 2016-cı ilin avqustunda müsahibə verib. O, Almaniyanın “Bild” qəzetinə üçüncü reyxin rəhbərlərindən birinin yanındakı işi barədə kiçik məlumat verib. Bunadək o, müsahibə və memuarlarını çap etməklə bağlı bütün təkliflərə rədd cavabı verməklə yadda qalırdı.

Brunqilda Pomzel 1911-ci il yanvarın 11-də Berlində doğulub. O, 1942-ci ildən 1945-ci ilin mayın 1-dək, yəni Qebbelsin intihar etdiyi günədək onun yanında katibə kimi çalışıb. Həmin il Pomzel həbs edilmişdi. Onu 5 il azadlıqdan məhrum etmişdilər. Pomzel qeyd edir ki, yalnız azad edildikdən sonta Holokost və Hitlerin yəhudilərlə bağlı siyasəti haqqında bilib.“Mən sadəlövh idim. Siyasətlə demək olar ki, maraqlanmırdım. Qebbels yəhudiləri öldürmək proqramı barədə danışmırdı”, – deyə Pomzel bildirib.

O, daha sonralar 20 ildən çox il ARD telekanalında işləyib.

Qadının sözlərinə görə, o, Hitlerin bunkerində spirtli içki ehtiyatlarına nəzarət edirdi. Spirtli içkilər sığınacağın sakinləri tərəfindən “qeyri-həssaslığı” saxlamaq üçün istifadə edilirdi. Onun vəzifələri sırasında həmçinin həlak olmuş əsgərlər haqqında statistikaya düzəlişlərin edilməsi də var idi. Pomzel ölən alman əsgərlərinin sayını azaldır, eyni zamanda sovet əsgərləri tərəfindən almanların zorlanması hadisələrinin sayını çoxaldırdı.