ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) xalq arasında UNO kimi tanınan naməlum uçan obyektləri araşdırmaq üçün yaratdığı komitə, UNO-ların kosmosdan gəldiyinə dair heç bir dəlil olmadığını bildirib.
Tribunainfo.az xəbər verir ki, NASA prezidenti Bill Nelson “Kainatda başqa bir həyat formasının olduğuna inanırsınızmı?” sualına “hə” cavabını verib.
Nelsondan bir müddət əvvəl Meksika hökuməti tərəfindən dərc edilən və yadplanetlilərə aid olduğu iddia edilən mumiya şəkilləri haqqında fikirləri də soruşulub.
NASA prezidenti, “Sözügedən videonu sizin kimi sosial mediada izlədim və görüntülərdən başqa heç bir məlumatımız yoxdur” deyib.
NASA prezidenti qeyd edib ki, hesabat şurası UNO-ların yerdən kənar mənşəli olduğuna dair heç bir dəlil tapmayıb, lakin onlar sözügedən obyektlərin nə olduğunu bilmirlər.
NASA-nın missiyasının bu “naməlum obyektləri” öyrənmək olduğuna diqqət çəkən Nelson, bu mövzuda araşdırmaların davam edəcəyini və yeni tapıntıları şəffaf şəkildə paylaşacaqlarını vurğulayıb.
Nelson milyardlarla qalaktika və ulduzun olduğu kosmosda başqa həyatın da ola biləcəyinə inandığını söyləyib.