NASA Titanda həyat əlamətləri tapdı

NASA Titanda həyat əlamətləri tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA tədqiqatçıları Saturn planetinin peyki Titanın atmosferində mikroorqanizmlərin mövcudluğunu göstərən maddələr aşkar ediblər.

TİA.AZ-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə “Phys.org” saytı məlumat yayıb.

Məlumata əsasən, peykin səthindən 200 km hündürlükdə akrilonitril birləşməsi aşkarlanıb. Bu maddə mikroorqanizmlərdə hüceyrə membranının formalaşmasında iştirak edir. Güman edilir ki, sözügedən orqanizmlər Titanın metan okeanlarında yaşayır.

Mollekullar daha çox cənub qütbü üzərində aşkarlanıb.

Alimlər araşdırma üçün “Atacama Large Millimeter Array” radioteleskopundan istifadə ediblər.