NASA rəsmi olaraq təsdiqlədi və dedi ki…backend

NASA rəsmi olaraq təsdiqlədi və dedi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Kosmik Agentliyi rəsmi olaraq təsdiqlədi və “Əsmir” dedi.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, 1800-cü illərdə elm adamları havadakı karbon qazının Yer kürəsini necə qızdıracağını proqnozlaşdırmışdılar. 1938-ci ildə britaniyalı mühəndis Qay Kallendar demişdi ki, atmosferdə karbon qazının artması qlobal istiləşmə ilə bağlıdır.

2024-cü ildə biz son 800 min ilin ən yüksək atmosfer karbon dioksid səviyyələrinə çatdıq. NASA həmçinin, müasir peyk qeydlərinə görə 22 iyul 2024-cü il tarixinin Yer kürəsinin indiyə qədər yaşadığı ən isti gün kimi rekord qırdığını açıqlayıb. Kosmik gəmilərdən və müasir alətlərdən istifadə etməklə NASA qlobal temperaturun sürətli analizini həyata keçirə bilir. Amerika kosmos agentliyi öz bəyanatında qeyd edib ki, rekord qıran gün insan fəaliyyəti, xüsusilə istixana qazları emissiyaları nəticəsində yaranan uzunmüddətli istiləşmə tendensiyası nın nəticəsidir.

İyirmidən çox peykin iqlim məlumatlarını topladığını qeyd edən agentliyin rəhbəri Bill Nelson, “İndiyə qədər qeydə alınan ən isti ildə, xüsusilə də bu son iki həftə dağıdıcı oldu”, – deyib.

Lakin iqlim dəyişikliyi bəşəriyyətin sonu demək deyil. Atmosferə buraxdığımız istilik saxlayan qazların sürətini əhəmiyyətli dərəcədə azaldacaq enerji seçimləri etmək bizdən asılıdır.