NASA paylaşdı: Günəş tutulması Marsda görüntülənib

NASA paylaşdı: Günəş tutulması Marsda görüntülənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinə (NASA) məxsus “Perseverance” adlı kosmik gəmi Marsın peyki Phobosun planetdə Günəş tutulmasına səbəb olduğu anları lentə alıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, fevralın 8-də tutulma təsadüfən Perseverance-in kameralarına düşüb.

NASA- nın Kaliforniyadakı Reaktiv Hərəkət Laboratoriyasının (JPL) mühəndisləri Marsın səthindən bir neçə min kilometr hündürlükdə dövr edən asteroid böyüklüyündə peyki Phobos tərəfindən törədilən Günəş tutulmasının 68 şəklini qeydə alıblar.