Astronavt Metyu Dominik təxminən 27 min 500 kilometr sürətlə Yerdən uzaqlaşarkən pəncərəsindən çölə baxanda bu qeyri-adi mənzərəni gördü.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, mart ayında NASA-nın SpaceX Crew-8 missiyasının komandiri kimi Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilən Dominik iyulun 4-də, yəni Amerikanın Müstəqillik Günündə kamerasını çıxararaq şəkil çəkib.
İncə aypara halına gələn Ayın altında, günəşin doğuşunun möhtəşəm rəngləri bütün əzəməti ilə üzə çıxmazdan əvvəl, o ilıq sakit anda uçan və parıldayan buludların sonsuzluğunu lentə alıb.