NASA-nın Jet Propulsion Laboratoriyasının tədqiqatçıları ilan formalı robotik cihaz ixtira ediblər.
Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, tədqiqatçılar yerdə sürünən kimi hərəkət edən bu cihazı kosmik gəmi kimi istifadə edib Saturnun peyki Enseladaya göndərmək istəyirlər.
Astronomların fikrincə, Enseladusu araşdırmaq və daha yaxşı başa düşmək son dərəcə vacibdir.
Çünki peykin səthini örtən okeanda həyatın əmələ gəlməsi üçün lazım olan materialların bol olduğu təxmin edilir.Bu okean buz qabığı ilə örtülüdür, lakin geyzerlər sayəsində içəridəki okeana çıxmaq mümkündür. Bu, alimləri Enseladaya kosmik gəmi göndərməyə həvəsləndirir.
100 kiloqram və 4 metr uzunluğunda EELS-in ilk prototipinin sahə sınaqları davam edir.