Yer kürəsinin rəngi dəyişir.
Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) son 20 ildə iqlim dəyişikliyinin tədricən istiləşmə təsiri səbəbindən planetin okeanlarının yarısından çoxunun mavidən yaşıl rəngə çevrildiyini açıqlayıb. Bəs bu rəng dəyişikliyinə tam olaraq nə səbəb olur? Hansı problemlər yarada bilər?
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, İqlim dəyişikliyi artan təsirləri ilə həyatımızda dəyişikliklərə səbəb olmağa davam edir. Eşitdiyimiz və hiss etdiyimiz ən ümumi təsirlər artan temperatur, quraqlıq və meşə yanğınlarıdır.Lakin iqlim dəyişikliyinin təsiri bunlarla məhdudlaşmır. Çünki təbiətdəki kiçik bir dəyişiklik bütün ekosistemin təsirlənməsinə səbəb olur.
Məsələn, ABŞ-ın Oreqon Universitetinin rəhbərliyi ilə dünyanın müxtəlif universitetlərindən alimlərin hazırladıqları son hesabatda dünyanın iqlim dəyişikliyinin mühasirəsində olduğu bir daha vurğulanıb.
Hesabatda 2023-cü ilin dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyi ilə bağlı ekstremalların qeydə alınacağı bir il olacağı vurğulanır; Rekord temperaturlar, okeanların davam edən istiləşməsi, Şimali Atlantika dənizi su səthinin istiliyinin artması və Antarktidada buz səviyyəsinin görünməmiş dərəcədə aşağı səviyyələrə enməsi əsas xəbərlər kimi önə çıxdı. Bütün bunlardan başqa hesabatda dünyanın rənginin indi mavidən yaşıla dəyişdiyi də vurğulanıb.