Bu qışın əvvəlkilərdən daha sərt keçəcəyinə dair yayılan məlumatlara NASA-dan reaksiya gəlib.
Bu qışın əvvəlkilərdən daha sərt keçəcəyinə dair yayılan məlumatlara NASA-dan reaksiya gəlib.
TİA.AZ cebhe.info-ya istinadən xəbər verir ki, dünya miqyasında 6300-dən artıq stansiyadan əldə edilən məlumatları ümumiləşdirən NASA qlobal istiləşmənin davam etdiyini açıqlayıb.
Qurumun araşdırmasına görə, 1880-cı ildən bəri dünyanın hərarəti ölçülür və qlobal istiləşmə müşahidə olunur. Məlumatı fotolarla tamamlayan NASA 1880-ci il və 2016-cı illər arasındakı fotoların müqayisəli təhlilini verib.
1880-cı ildə mavi olan dünya 2016-cı ildə artıq sarı və narıncı rəngə çalıb.