Türkiyənin Antalya şəhərində narkotik maddə satanlara qarşı əməliyyat keçirilib.
Türkiyənin Antalya şəhərində narkotik maddə satanlara qarşı əməliyyat keçirilib.
“Qafqazinfo” Haber7-yə istinadən xəbər verir ki, bir neçə ünvanda keçirilən əməliyyat nəticəsində 7 nəfər saxlanılıb.
Saxlanılanlar arasında 75 yaşlı Zəhra və onun 30 yaşlı nəvəsi Ruqiyə də var.
Əməliyyatda ümumilikdə 886 qram marixuana, 595 qram heroin ələ keçirilib. Bundan başqa, saxlanılan Sərdar adlı şəxsin evindən narkotik maddə satışından əldə edilən 20 875 lirə (10 min manat) tapılıb.
Faktla bağlı araşdırma aparılır.