ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində yaşayan 38 yaşlı Kelli Kozyra bədbəxt hadisə ilə üzləşib.
Tribunainfo.az xəbər verir ki, qadın kokain qəbul etdikdən sonra burnunu itirib.
Kelli burnunu düzəltmək üçün 15 əməliyyat keçirib. O, dostları ilə ziyafətdə kokain qəbul etdikdən 3 ay sonra burun dəliklərindən qan axdığını hiss etməyə başlayıb. Əvvəlcə olanlara ciddi yanaşmayıb, lakin sonra üzündə böyük boşluq olduğunu görüb.
Qadın əvvəlcə xəstəliyin öz-özünə sağalacağını düşünüb. Zamanla vəziyyət onu narahat etməyə başlayıb və o, 80 min dollar xərcləyərək 1,5 il müalicə alıb.
Qadın kokainin həyatını alt-üst etdiyini deyib və əlavə edib ki, onun yaşadıqları narkomanlara dərs olmalıdır.