Narkotik maddə alverçilərinə qarşı əməliyyat – 30 nəfər saxlanılıb-VİDEObackend

Narkotik maddə alverçilərinə qarşı əməliyyat – 30 nəfər saxlanılıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Corat qəsəbəsində yaşayan Tahir Quliyev tutularaq istintaqa təqdim ediliblər. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin aşkar olunub. Tahir Quliyev Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul oluğunu etiraf edib.

DİN-dən Musavat.com-a verilən məlumata görə, 1-ci Polis Bölməsinin əəməkdaşlarının ilin əvvəlindən əsasən Corat qəsəbəsi və ətraf ərazilərdə həyata keçirdikləri silsilə əməliyytalar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda müxtəlif adda narkotik vasitə və psixotrop maddələr aşkar edilib. Onlar barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinə göndərilib

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı evlərdən oğurluqlar edən əvvəllər məhkum olunmuş Fərman Paşayev də saxlanılıb. Onun Sumqayıt şəhərində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Fərman Paşayevin Sumqayıt şəhərində digər analoji cinayətlərdə iştirak edib-etmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.