backend

Narkomanların çoxu İŞSİZLƏRDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib. 

Bu ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib.

TİA.AZ xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, aşkarlanan faktlara görə, 639 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Onlardan 1-i 18 yaşadək, 57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı,7-i fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işləməyənlər, 630-u kişilər, 9-u qadınlar,7 nəfəri isə xarici ölkə vətəndaşları olub. Onlardan da ümumilikdə 5 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 1-i İran İslam Respublikası, 3-ü Gürcüstan, 3-ü isə Rusiya Federasiyası vətəndaşıdır.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatdadır. Onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülmüş, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.

Ədliyyə Nazirliyi tərəfindən 2017-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 545 nəfər göndərilib. Onlardan 369 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib.