backend

Narkoman yaratdı, dünyanın ən məşhur içkisi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2005-2015-ci illərdə dünyanın ən bahalı brendlərindən hesab edilib.  

2005-2015-ci illərdə dünyanın ən bahalı brendlərindən hesab edilib. 

Necə hazırlanması ilə bağlı çoxlu və inanılmaz versiyalar var. Söhbət bir əczaçı tərəfindən yaradılan Amerikanın brendinə çevrilən, ilk transmilli içki korporasiyası olan “Coco-Cola”dan gedir.



Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Coca-Cola”nın yaranma tarixini təqdim edir.

Morfini əvəzləyən içki

“Coca-Cola” adlı içki 1886-cı ildə Georgiya ştatının Kolumbus şəhərinin sakini farmaseft Con Stis Pemberton tərəfindən ixtira edilib. Con Stis Pemberton Georgiya ştatında Ceyms Klifford və Martı Qentin ailəsində anadan olub. Ailə sonradan Kolambuseyə köçdüyündən Con Stis Pembertonun uşaqlığı burda keçib. ABŞ-da vətəndaş müharibəsi dövründə Pemberton Konfederasiyanın ordusunda xidmət edir. 1865-ci ildə yaralanır və bir çox hərbiçi kimi morfiyə meyillənir. Morfinin əvəzləyicisini axtardığı zaman təcrübələr aparır. Nəticədə özünün “Mariani şərabı”nı yaradır. Hansı ki, tərkibində kola qozu və damian var. Əslində bu içki kokain şərabı olur. 1885-ci ildə Georgiyada “quru qanun” qəbul edilir. Con Stis Pemberton içkisinin formulasını dəyişir. Spirti yandırma şəkərlə əvəzləyir. Yeni versiya üçün onun mühasibi “Coco-Cola” adını fikirləşib tapır. Orijinal formulanın tərkibinə 8,46 mq kokain vurulurdu. Lakin kokain kola qozunun kofeini ilə mürəkkəbləşdirilirdi. “Coco-Cola” əvvəllər dərman preparatı kimi reklam olunurdu. İlk satış məntəqələri Georgiya ştatındakı Jacobs Farmacy aptekləri idi. İçkinin satışına 8 may 1886-cı ildən başlanılır. 1 stəkanı əvvəl 5 sentə satılırdı. Həmin vaxtlarda ABŞ-da geniş yayılmış bir fikir mövcud idi ki, qazlı su insan sağlamlığına faydalıdır. Belə ki, Pemberton iddia edirdi ki, “Coca-Cola” bir sıra xəstəlikləri müalicə edir, bu xəstəliklər sırasına isə “Morfi alışqanlığı”, “Dispeziya”, “Başağrı”, “Nevrasteniya” və “İmpotensiya” aid edilirdi. Pemberton bu içkinin ilk reklamını həmin ilin 29 may tarixində “Atlanta jurnalı”nda da yerləşdirmişdi. 1888-ci ildə artıq bazarda “Coca-Cola”nın 3 müxtəlif növü satılırdı. Elə həmin ildə Pemberton səfil vəziyyətdə ölür. Asa Qriqqsu Candler adlı əczaçı “Coca-Cola”nın reseptini və adını 2300 dollara satın alır. Bu barədə bir qədər sonra. 

Saxta imza

Asa Qriqqsu Candler 1893-cü ildə “Coca-Cola” şirkətinin əsasını qoyur. “Coca-Cola”nın Asa Qriqqsu Candlerin əlinə keçməsi əslində onun Pembertonun ölümünü fürsət bilməsi kimi izah edilir. 1888-ci il 16 avqustda John Pemberton qəfil ölür və Asa Candler “Coca-Cola” üzərində tam nəzarəti ələ almaq üçün sürətlə hərəkətə başlamağı qərara alır. Bunu da Pembertonun içki düşkünü olan oğlu Çarley Pemberton vasitəsilə edə bilərdi. Belə bir əhvalat da var ki, o bu adı Çarleydən elə dəfn mərasimindəcə 300 dollara alır. 1894-cü ildə Çarley Pemberton əlində tiryək çubuğu ilə huşsuz vəziyyətdə tapılır. 10 gün sonra 40 yaşında Atlanta Grady Hospitalında vəfat edir. 1910-cu ildə Asa Candler “Coca-Cola” şirkətinə məxsus korporativ sənədlərin yandırılmasına əmr verir. Sənədlərin yox olmasını bir ofisdən digərinə köçən zaman itməsi ilə izah edir. 1914-cü ildə Marqaret Dozier “Coca-Cola” şirkətinin həmtəsisçisi kimi iddia qaldırır. Bildirir ki, “Coca-Cola”nın satış qəbzində ona aid olan imza saxtadır. Daha sonrakı araşdırmalar Pembertonun da imzasının saxta olduğunu sübut edir. Hətta güman edilir ki, Pembertonun saxta imzası elə onun oğlu tərəfindən atılıb.

“Coco-Cola” şüşə qablaşdırmada

Məlumatlara görə, butulkada “Coca-Cola” ilk dəfə 12 mart 1894-cü ildə satılıb. Bu ideya 1890-cı illərin sonu Asa Candlerin ağlına gəmişdi. O bunun müvəqqəti olacağını zənn edirdi. Bu vaxt qarşıda duran vacib məsələ butulkada olan içkini bütün ABŞ bazarlarına yaymaq idi. Candler qatar və at arabalarından istifadə etmək niyyətində idi. Onlar da sərfəli deyildilər. Candlerin düşüncəsinə görə, yerli paylanma daha vacib amil idi. Bir neçə il sonra Tennesi ştatının Çattanuqa şəhərindən olan 2 sahibkar – Bencamin Tomas və Cozef Vaythed qablaşdırma təklifi etdilər. Onların təklifi o qədər inandırıcı oldu ki, cəmi 1 dollara prosedura nəzarət etmək üçün icazə aldılar. 1899-cu ildə “Çattanuqa” ilk “Coca-Cola” qablaşdırma şirkətinə çevrildi. Bu azad şərtli müqavilə şirkətə həlli onilliklərlə çəkən problemlər yaratdı.

ABŞ-ın milli simvolu

“Coco-Cola”nın ilk reklam banneri 1894-cü ildə Georgiya ştatının Kartersvil şəhərində hazırlanaraq asıldı. Öz 50 illik yubileyi ərəfəsində şirkət artıq ABŞ-ın milli simvoluna çevrilmişdi. 1902-ci ildə “Coco-Cola” 120 min dollar dövriyyəsi ilə ABŞ-da ən məşhuq içki şirkəti olur. 1915-ci ildə yeni şüşələr dizayn edilir. Yeri gəlmişkən, bu arada bəzi şirkətlər “Coco-Cola” adı ilə sərinləşdirici içki istehsal edirdilər. Belə müəssisələrə qarşı 1916-cı ildə 153 məhkəmə iddiası qaldırılmışdı. Hazırda “Coco-Cola”nın aşağıdakı növləri var: 

New Coke (discontinued)

Diet Coke

Caffeine-Free

Diet Coke Caffeine-Free

Zero

Cherry

Lemon (discontinued)

Vanilla

Lime

Raspberry (discontinued)

Black Cherry Vanilla (discontinued)

BlāK (discontinued)

Citra

Orange

Life

C2 (discontinued)

Nəzərə çatdıraq ki, “Coco-Cola” dünyanın 200-dən çox ölkəsində satılır. The Coca-Cola Company gündəlik 1,8 milyard ədəd “Coco-Cola” istehsal edir.