Bu gecə Respublika Perinatal Mərkəzində baş verən faciəli yanğın və nəticədə 4 körpənin faciəli şəkildə həlak olması dəhşətli hadisədir, üzücüdür. 2018-ci il 2 mart tarixində Respublika Narkoloji Dispanserində də baş verən yanğında 25 nəfər faciəli şəkildə yanaraq ölmüşdü. Heç bir nəticə çıxarmadıq.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən ekspert Ələsgər Əhmədoğlu bildirib ki, bu olayı sakit qarşılamaq mümkün deyil. Belə önəmli bir müəssisədə necə ola bilər ki, ilkin xəbərdaredici sistem, ilkin müdaxiləedici vasitələr və sistem mövcud olmasın?:
“Pəncərədən havaya hücum edən alov dilimləri göstərir ki, ilkin lokal müdaxilə cəhdi belə olmayıb…
Hadisə olub, faciə ilə sonlanandan sonra kimisə məsuliyyətə cəlb etmək, yaraları sağaltmaz. Bu tip müəssisələrdə həm altyapı standartlara uyğun qurulmalı, həm də çox ciddi nəzarət mexanizmi işləməlidir.
Təəssüf ki, bənzər hadisələr ilk deyil, yəqin ki, bu tip laqeyidliklərlə son da olmayacaq.
2018-ci il 2 mart tarixində Respublika Narkoloji Dispanserində baş verən yanğında 25 nəfər faciəli şəkildə yanaraq öldü. Hansı nəticə çıxardıq?”.