Türkiyənin Diyarbəkir şəhərində vəhşicəsinə qətlə yetirilən Narin Güranın anası, qardaşı və əmisinə ömürlük həbs cəzası verilib.
Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azyaşlı qızın ölümü ilə bağlı cəzalar verilsə də məhkəmə prosesi hələ ki bitməyib.
Belə ki, mərhum qızın qardaşı Enes Güranın vəkili apellyasiya şikayəti verərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsində 28 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında saxlanılan müttəhimlər ana Yüksel, qardaşı Enes və əmisi Səlim Güran “qəsdən adam öldürmə” cinayəti ilə ayrı-ayrılıqda ömürlük həbsə, Nevzat Bah isə 6 ay həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, qərar yanvarın 23-də elan edilib.