Narinin ölümü Türkiyəni qarışdırdı – Edam cəzası gündəmdəbackend

Narinin ölümü Türkiyəni qarışdırdı – Edam cəzası gündəmdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə yenə qan donduran hadisə ilə üz-üzədir…

8 yaşlı Narin Güranın ölümündən sonra edam cəzası yenidən müzakirə olunmağa başlayıb.
Bakupost.az xəbər verir ki, avqustun 21-də Diyarbakırın Bağlar rayonunun Tavşantəpə məhəlləsindəki Quran kursunu tərk edərək evinə gedən 8 yaşlı Narin Gürandan xəbər alınmayıb. Onun cəsədi 19 günlük axtarışdan sonra tapılıb.
Qohumları və kənd camaatı da olmaqla 24 nəfərin saxlanıldığı hadisənin təfərrüatları üzə çıxır.
Qan donduran bu hadisə ilə bağlı məhkəmə prosesi davam edərkən Narin Türkiyənin yaddaşına həkk olunmuş, cəmiyyətdə hiddət və reaksiya doğuran bir çox cinayətləri xatırladıb.
Narinin ölümündən sonra ölüm hökmünün geri qaytarılması məsələsi cəmiyyətin gündəminə düşüb.
 
 

Məsələ ilə bağlı çıxış edən Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici edam cəzasının geri qaytarılmasına çağırıb.
Destici, “Təəssüflər olsun ki, Narin Güran körpəmizin cansız bədəni tapıldı. İlk gündən gözlərimiz, ürəyimiz ağlayır. Ciyərlərimiz parçalanırdı. Bu ağrını, bu pisliyi yaşadanlar haqqını ödəyəcək. Edam cəzası gəlməlidir. Bir daha heç kimin ağlına uşaqları zorlamaq, həyatlarına zərər vurmaq gəlməz”.
Məsələ ilə bağlı paylaşım edən məşhur estrada müğənnisi Demet Akalın “Edam cəzası gəlməlidir!!! Narinin yaşamaq haqqı idi!!! Təcavüzkarlara, körpələrə uzanan əllər yaşamasın! “, sözləri ilə üsyan edib.
Hadisə ictimailəşdikdən sonra tez-tez məsələ ilə bağlı paylaşımlar edən Gülben Ergen də edam çağırışı edən məşhurlardan biri olub.