Nareş Dianagili “Sahil” hostelində necə soyuldu? – 30 min rial, 2 dollar…

Nareş Dianagili “Sahil” hostelində necə soyuldu? – 30 min rial, 2 dollar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Səbail rayonu, Zərifə Əliyeva küçəsi 27 ünvanda yerləşən “Sahil” hostelin 4-cü mərtəbəsində hindistanlı turist Nareş Dianagiliyə basqın edən şəxslərə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, soyğunçuluqda 1996-cı il təvəllüdlü Hüsnü Kərimov (soyad şərti) və 2005-ci il təvəllüdlü, “Malış” kimi tanınan  Xaləddin Hüseynov (soyad şərti) ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində məlum olub ki, basqında Qismət adlı şəxs də iştirak edib. Belə ki, Hüsnü və Xaləddin iyun ayının 2-də Bakıya turist kimi gələn hindistanlı turist Nareş Dianagilini iyun ayının 7-də Dənizkənarı Milli Parkda izləməyə başlayıblar. Həmin ərazidə Nareş Dianagili tanışı Anna adlı qızla söhbət edərkən “Malış” kimi tanınan Xaləddin Hüseynov sinəsindəki tünd yaşıl rəngli, iti ucu olan, ulduz təsvirinə bənzəyən döyməsini (tatu) göstərib. Daha sonra “Mən elə-belə adam deyiləm e. Sizi öldürərəm”, “Mani, Mani (Money), Restorant” deyə qışqırmağa başlayıb.

Vəziyyətin gərginləşdiyini görən Nareş Dianagili Annadan ayrılaraq tanışı, Almaniya Respublikasının vətəndaşı Klaus Rene ilə qaldığı “Sahil” hostelinə gedib. Bundan sonra Hüsnü və Xaləddin Annaya “biz onların qaldığı yeri tanıyırıq” deyiblər.
Hüsnü, Xalləddin və Qismət “Sahil” hostelin 4-cü mərtəbəsində Nareş Dianagilinin belinə bıçaq dayayaraq, üzərində olan əl çantasının içərisində 30.000 İran rialı pulu, 2 ədəd 1 ABŞ dollarını ələ keçiriblər. Daha sonra hosteli tərk ediblər. Hüsnü iki dollarlıqdan birini taksi sürücüsünə hədiyyə edib.
Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Hüsnü və Xallədinə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.