Martın 26-da Sabunçu rayonu Nardaran kəndi ərazisində yerləşən qum karxanasında bədbəxt hadisə baş verib.
Tribunainfo.az Baş prokurorluğa istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.