Bakının Sabunçu rayonunda narkotik vasitələrinin qanunsuz yetişdirilməsi ilə məşğul olan şəxs aşkarlanıb.
Bakının Sabunçu rayonunda narkotik vasitələrinin qanunsuz yetişdirilməsi ilə məşğul olan şəxs aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə (PB) Nardaran qəsəbə sakini əvvəllər məhkum olunmuş Faiq Dadaşovun yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Bölmə əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dadaşovun yaşadığı ünvana baxış keçirilib və oradan 49 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları, 2045 ədəd çətənə toxumu və 1 kiloqram 415 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.