“Nar” və “Avtostop”dan maraqlı təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nar” və DJ Tural Yusifovun müəllifi olduğu “Avtostop” radio layihəsi müştərək aksiyaya start verib. 

“Nar” və DJ Tural Yusifovun müəllifi olduğu “Avtostop” radio layihəsi müştərək aksiyaya start verib.

TİA.AZ xəbər verir ki, həftə içi saat 17:00-dan 20:00-dək 106.3 FM radiosunun canlı efir müddətində keçirilən müsabiqənin qalibləri “Nar” tərəfindən xüsusi mükafatlarla təbrik edilirlər. Yol hərəkəti qaydaları haqqında biliklərini sınayan radio dinləyiciləri mobil operatordan yüksəksürətli 4G-modem və 3 aylıq pulsuz “Turbo 2XL” internet paketi hədiyyə qazanmaq fürsəti əldə edirlər. Nicat Həmidli, Təbriz Nəzirli, İlqar Lətifzadə, Cümşüd Məmmədov, Bayram Bayramlı və Məhərrəm Cabbarov indiyədək keçirilmiş müsabiqələrin suallarını uğurla cavablandırmış ilk qaliblərdir.

Qeyd edək ki, “Nar” ənənəvi şəkildə maarifləndirici müsabiqələr və intellektual yarışlara dəstək verərək bu cür layihələrin sponsoru qismində çıxış edir. Mobil operatorun dəstəklədiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.