backend

“Nar”-ın “Təlim məktəbi” kurslarının ilk mərhələsi bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən və mobil operatorun nitq və eşitmə məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsinə davamlı dəstək konsepsiyasının bir hissəsi olan “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı.  

“Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən və mobil operatorun nitq və eşitmə məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsinə davamlı dəstək konsepsiyasının bir hissəsi olan “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı. 


“Uğur akademiyası” və “Asan könüllüləri gənclər təşkilatı” ictimai birliyi ilə birgə “Həyat bizimlə daha rəngarəng” şüarı altında reallaşdırılan layihə çərçivəsində 7 noyabr 2016-cı il tarixində dərslərə başlamış nitq və eşitmə imkanları məhdud vətəndaşlardan ibarət ilk qrup kursları uğurla başa vurdu.

75 nəfərədək nitq və eşitmə məhdudiyyətli gəncin iştirakı nəzərdə tutulmuş kurslar “Təlim məktəbi” layihəsinə görə tədrisi planlaşdırılmış üç istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürmüşdü. Qeyd edək ki, təlimlər nitq və eşitmə məhdudiyyəti olan gənclər üçün xüsusi tərcüməçi vasitəsilə reallaşdırılırdı. Kursun rəhbəri bu sahə üzrə peşəkar mütəxəssis olan Günay Əmirova oldu.

Eyni zamanda, layihə heyəti tərəfindən dəvət olunmuş psixoloq tərəfindən kurs iştirakçılarının peşə potensialları qiymətləndirildi, həftə ərzində təşkil olunmuş mütəmadi görüşlərdə özünə inam və motivasiyanın artırılmasında onlara yardım göstərildi.

Dizayn proqramları ixtisası üzrə təşkil edilmiş kursların iştirakçıları olan gənclər dərsləri müvəffəqiyyətlə başa vuraraq, müvafiq sertifikatlarla təltif edildilər. “Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin əlilliyi olan insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğuladı.

“Sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələr cəmiyyətin inkişafına misilsiz töhfə verməkdədir. “Nar” operatoru tərəfindən dəstəklənən bu təşəbbüs Azərbaycanın işgüzar mühitində gözəl bir nümunə oldu”, – deyə o, sözlərinə əlavə etdi.

Xatırladaq ki, “Nar” artıq 3 ildir özünün KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli 

Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. “Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.