Badamdar qəsəbəsində yerləşən “Nar Boutique Hotel”də aparılan yoxlama zamanı nöqsanlar aşkarlanıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən otelin heç bir icazə olmadan əcnəbiləri işə cəlb etdiyi məlum olub. bu qayda pozuntusuna görə otel İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə cərimələnib. Belə ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Otellə bağlı iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun icraatındadır.
Roman