“Napoli” – “Qarabağ” oyunu üçün vauçerlər bu gün satışa çıxarılır

“Napoli” – “Qarabağ” oyunu üçün vauçerlər bu gün satışa çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona”da izləmək istəyən Ağdam klubunun azarkeşləri üçün vauçerlər satışa çıxarılıb.

Tribuna xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.

Ağdam klubunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.

Biletlərin qiyməti: 110 AZN.

Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

Azarkeşlərimiz üçün “Stadio Diego Armando Maradona”da 2480 yer ayrılıb.

Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə olacaq.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-sı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.