Meyxanaçı Namiq Məna oğlu Məna Əliyevin xəstəxanaya yerləşdirilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
N.Məna Pravda.az-a açıqlamasında deyib ki, oğlunun səhhətində ciddi heç nə yoxdur: “Məna burnundan əməliyyat olunub. Yarım saatlıq xırda əməliyyat idi. Heç xəstəxanada yatmayıb axı. Bir-iki saat orada olub. Nəfəsalmasında problem var idi. Ürəyi taxikardiya verirdi. Buna görə əməliyyat keçirdi. Özü bir az belə şeyləri xoşlayır, guya sensassion bir şeydir”.