Sosial şəbəkədə paylaşdığı videoda namazı ələ saldığı iddia edilən mühafizəçi müttəhim hakim qarşısına çıxıb.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, iclasdan sonra mətbuata açıqlama verən təqsirləndirilən şəxs, “Qətiyyən ictimai alçalma yoxdur, mənim həyat yoldaşım sizin arxanızda oturub, hicablıdır. Mənim 4 ailə üzvüm var ki, onlar inanacaqları dinə mənsubdurlar. Məqsədindən təhrif olunmuş bir məsələdir və mən bu məsələdə ədalət orqanına çox güvənirəm”, – deyib.
Məhkəmə iclasında həbssiz şübhəli Devran Yalçın və vəkili iştirak edib.
İclasda müdafiə çıxışı edən təqsirləndirilən Yalçın əvvəlki müdafiə çıxışlarını təkrar etdiyini bildirib.
Məhkəmədə müttəhimin vəkili Gemicinin təqdim etdiyi bütün videoya baxılıb. Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin cinayət niyyətinin olmadığını bildirib.
Görüntüləri təqdim edirik:
Ceyran