Ramazan ayının gəlişi ilə “Namaz qılmırsan, oruc tutmursan” düşüncəsi artmağa başlayıb. İlahiyyatçılar bu yanaşmaların cahillik olduğunu, hətta namaz qılmayanların, hicab taxmayanların da oruc tuta biləcəyini bildirirlər, çünki bunların hamısı müstəqil ibadətdir.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Ramazan ayının gəlişi ilə hər il olduğu kimi eyni müzakirələr gündəmə gəlməyə başlayıb.
Bunlardan biri də namaz qılmadan oruc tutmağın düzgün olub olmamaaı ilə bağlıdır.
Mütəxəssislər bu yanaşmaların cahil olduğunu bildirərək, namaz və orucun müstəqil ibadət olduğunu vurğulayıblar. İlahiyyatçılar onu da qeyd ediblər ki, İslam normaları ilə örtünməyən qadınlara “oruc tutmağa ehtiyac yoxdur və tutduqları oruc Allah tərəfindən qəbul olunmayacaq” deyilir və bu da yanlışdır.
Dəniz