Nail Kəmərlinin çəkiliş apardığı yerdə əməliyyat keçirildi, tutulanlar var – Videobackend

Nail Kəmərlinin çəkiliş apardığı yerdə əməliyyat keçirildi, tutulanlar var – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşları videobloqer Nail Kəmərlinin çəkiliş apardığı yerdə əməliyyat keçirib.

TİA.AZ DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ və 29-cu PŞ-i tərəfindən Dadaş Bünyadzadə və ətraf ərazilərdə yerləşən küçələrində son 3 gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq gotürülüb. Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Həmin ərazilərə fasiləsiz xidmət aparan naryad qrupları təhkum olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə adıçəkilən ərazidə narkotik vasitələrin yayılması barədə materiallar yayılmışdı.