Naibə Allahverdiyevanın vəziyyəti ağırlaşdı

Naibə Allahverdiyevanın vəziyyəti ağırlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb. O, səhhəti ilə bağlı RTV-ə açıqlama verib. Xalq artisti hazırda 5 saylı kliniki xəstəxanada olduğunu qeyd edib:

“Hazırda 5 saylı kliniki xəstəxanasınadayam. Həkimlərdən cavab gözləyirəm. Hansı infeksiya olduğunu hələ bilmirlər. Mən də gözləyirəm”.

Qeyd edək ki, Naibə Allahverdiyeva Lent.az-a müraciət edərək xəstə olduğunu həkimlərin ona çarə tapa bilmədiyini deyərək kömək istəyib.

Naibə Allahverdiyeva müsahibəsində bildirib ki, 3 gündür çox ağır vəziyyətdədir və həkimlərdən kömək ala bilmir:

 

“Mən ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?”, – deyə o qeyd edib.