Nahid Emiloğlu dünyasını dəyişdi

Nahid Emiloğlu dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış təşkilatçısı və prodüseri, “Səs music organization”nun rəhbəri Nahid Emiloğlu vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, prodüser uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Onun ölümü ilə bağlı şou-əhli sosial şəbəkədə başsağlığı verib.

Prodüserin 8 gün sonra – 9 noyabrda doğum günü olacaqdı.

Qeyd edək ki, N. Emiloğlu 2014-cü ildə ürək əməliyyatı keçirmiş, ürək damarlarına stent qoyulmuşdu.

Allah rəhmət eləsin!