Nadir xəstəliklə doğulan uşağın başı dayanmadan böyüyür – FOTObackend

Nadir xəstəliklə doğulan uşağın başı dayanmadan böyüyür – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Braziliyada yaşayan Adalgisa Soares Alves adlı ana son dərəcə nadir bir xəstəlik səbəbiylə qızını qucağına alanda şoka düşüb.
O, Qrazili adını verdiyi qızının başının bu illər ərzində 3 dəfə böyüdüyünü və böyüməsini dayandıra bilmədiklərini bildirib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Ana Adalgisa Soares Alvesin ilk övladı olaraq Braziliyada dünyaya gələn Qrazili hidrosefali diaqnozu ilə dünyaya gəlib.

 

Qrazilinin beynində mayenin yığılması nəticəsində yaranan təzyiq nəticəsində zədələnən başının böyüməsini dayandırmaq olmur. Həkimlərin cəmi 3 ay yaşayacağını təxmin etdiyi Qrazili həyata möhkəm yapışmağı bacarıb və həyat uğrunda böyük mübarizəni davam etdirir.
48 yaşlı Alves qızının doğuşu zamanı anormal bir vəziyyət gördüyünü və “Daim şiddətli mədə ağrıları yaşayırdım. “Mən bir şeyin səhv olduğunu bilirdim”, – deyib.
Doğuşdan sonra həkimlərin Qrazilinin danışma, yerimə, görmə və eşitmə qabiliyyətinin olmayacağını izah etdiklərini ifadə edən Alves “Onunla hər gün sevgiylə davranıram. Mən Grazily-ə sadiqəm. Onun gülüşünü görmək mənim üçün kifayətdir. Yanında olduğum üçün çox xoşbəxtəm”, – deyərək fikirlərini ifadə edib.